
Bakı. Trend:
Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin
kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar 04.09.2025-ci il
tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə H.Əliyev
prospektində, A.M.Cümə, N.Hacıyev, Ə.Əliyev, A.Nemətulla, O.Əliyev
və Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.