Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya hökuməti ukraynalı uşaqların məcburi
deportasiyasında iştirak edən 11 rusiyalı fiziki və hüquqi şəxsə
qarşı yeni sanksiyalar paketi elan edib.

Trend
“Reuters”ə istinadən xəbər verir ki, hökumətin rəsmi saytında
yayılan açıqlamada Rusiya dövlətinə bağlı 8 nəfər və 3 təşkilata
sanksiyalar tətbiq edildiyi bildirilib.

“Rusiyanın ukraynalı uşaqları deportasiya etmək, beyinlərini
yumaq və militarizasiya siyasətini həyata keçirən şəxslər bu gün
Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıblar. Bunlara
Rusiya dövlətinə bağlı səkkiz nəfər və üç təşkilat daxildir”, –
deyə məlumatda qeyd olunub.




Yeni sanksiyalar Ukrayna mədəniyyətini silmək məqsədini güdən
siyasəti dəstəkləyən və həyata keçirən şəxsləri hədəfə alır.
Onların sırasında Ukrayna uşaqları və yeniyetmələri üçün yenidən
tərbiyə proqramları təşkil edən, hərbi yönümlü təlimlər keçirən
“Əhməd Kadırov Fondu”da var. Fondun prezidenti və Çeçenistan
rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırova da sanksiya
siyahısına salınıb.

Böyük Britaniya hökumətinin açıqlamasında qeyd olunub ki, bu
addım hərbi kəşfiyyatın təqdim etdiyi sübutlar fonunda atılıb:
“Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində
uzunmüddətli ruslaşdırma siyasəti həyata keçirir, Ukrayna
mədəniyyətini, kimliyini və dövlətçiliyini məhv etməyə
çalışır”.

BMT-nin hesabatlarına əsasən, Rusiya işğal altındakı ərazilərdə
məktəblərdə rus tədris proqramı tətbiq edir və uşaqları hərbi
xidmətə hazırlayan məşğələlər həyata keçirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir