Yaxın vaxtlarda Qarabağda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Artıq 3-cü ildir ki, Azərbaycan QHT-lərinin geniş müzakirə
platforması olan illik toplantısı – Əməkdaşlıq Forumları təşkil
olunur. 2023-cü ilin noyabrında Bakıda Heydər Əliyev Mərkəzində,
2024-cü ilin iyununda Zəngilanda Konqres Mərkəzində analoji
forumlar baş tutub. Şərqi Zəngəzurdan sonra növbəti forum bu dəfə
Qarabağda olacaq.

Trend-in
xəbərinə görə, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama
verib.

O bildirib ki, forum “Konstitusiya və Suverenlik İli”nə həsr
ediləcək.




Ü.Qarayeva QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da ciddi
hazırlıq görüldüyünü bildirib:

“Bundan əvvəlki proqramlar Mingəçevir, Naftalan, Bakı, Naxçıvan
və Şamaxıda keçirilib. İlk dəfə bu proqramın azad edilmiş
ərazilərdə təşkili nəzərdə tutulur”.