
Bakı. Trend:
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycanı
təmsil edən icraçı direktoru Reyçl Tompson ölkəmizdə rəsmi səfərdə
olub.
Trend xəbər
verir ki, bu barədə “Bakı metropoliteni”nin yaydığı məlumatda
deyilir.
“Səfər çərçivəsində xanım R.Tompson AZCON Holding şirkətlərindən
olan “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovla görüşüb,
iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Həmçinin, qonaqlar metronun “28 May” və “Nizami” stansiyalarına
baxış keçirib, müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar”,
– qurumdan bildirilib.