
Bakı. Trend:
İntihar nəticəsində ölən bir yeniyetmənin valideynləri
tərəfindən məhkəmə iddiası ilə bağlı açıqlama verən “OpenAI” süni
intellekt şirkəti ChatGPT adlı çatbotun gənc istifadəçiləri üçün
yeni təhlükəsizlik tədbirləri təqdim edir.
Trend xarici
mediaya istinadən xəbər verir ki, şirkət verdiyi açıqlamada növbəti
ay ərzində platformanın uşağın “kəskin sıxıntı” içində olduğunu
aşkar etdiyi təqdirdə valideynləri xəbərdar edə biləcək nəzarət
sistemini tətbiq edəcəyini açıqlayıb.
Şirkət bildirib: “Tezliklə valideynlərə yeniyetmələrin
ChatGPT-dən necə istifadə etmələri haqqında daha çox məlumat əldə
etmək və formalaşdırmaq imkanı verən valideyn nəzarəti sistemini
təqdim edəcəyik. Biz, həmçinin yeniyetmələrin (valideyn nəzarəti
ilə) etibarlı təcili yardım əlaqəsi qurmağı mümkün etmək
imkanlarını araşdırırıq. Bu yolla “kəskin sıxıntı” anlarında
ChatGPT resursları göstərməkdən daha çox şey edə bilər: bu sistem
yeniyetmələri birbaşa birləşdirə bilən biri ilə əlaqə
yaradacaq”.
Daha əvvəl bildirilmişdi ki, ABŞ-nin Kaliforniya ştatından olan
valideyn oğlunun ölümündən sonra “OpenAI” şirkətinə qarşı məhkəmə
iddiası qaldırıb.