“Neftçi”dən ayrılan müdafiəçi “Sumqayıt”da

Baş səhifə

Bakı. Trend:

2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




“Kimyaçılar” ötən mövsümü “Neftçi”də çıxış etmiş Höccət Haqverdi
ilə 2 illik müqavilə imzalayıb. Təcrübəli müdafiəçi komandamızda “3” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2020/21 mövsümündə “Sumqayıt”la bürünc medal
qazanan Höccət Haqverdi 1,5 mövsüm klubun şərəfini qoruyub. “Kimyaçılar”ın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə
49 matça çıxan mərkəz müdafiəçisi 1 qol və 1 məhsuldar ötürmə ilə
yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir