
Bakı. Trend:
Prezident Putinə heç bir mesajım yoxdur.
Trend-in
məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp polşalı
həmkarı Karol Navrotski ilə görüşdə jurnalistlərin suallarını
cavablandırarkən deyib.
“O, mənim mövqeyimi bilir və qərarı özü verəcək. Biz ya buna
sevinəcəyik, ya da narazı olacağıq. Narazı olsaq, nələrin baş
verdiyini görəcəksiniz”, – deyə Tramp əlavə edib.

