İran və Britaniya rəsmiləri nüvə proqramı ətrafında dialoqu davam etdirməyi müzakirə edib

Baş səhifə

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani və Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauel arasında telefon danışığı olub.

APA “Daneşcu” ya istinadən xəbər verir ki, tərəflər nüvə danışıqlarının fəallaşdırılması və “snapback” mexanizminin həll olunması barədə fikir mübadiləsi aparıblar.

Laricani və Pauel İranın nüvə proqramı ətrafında dialoqu davam etdirməklə bağlı razılığa gəliblər

Qeyd edək ki, “Avropa üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya) İrana qarşı sanksiyaların bərpa olunmasını nəzərdə tutan “snapback” mexanizminin işə salınmasına start veriblər.

Mexanizmin fəallaşmasından 30 gün sonra İrana qarşı sanksiyalar yenidən qüvvəyə minəcək, lakin tərəflərin razılaşma əldə edəcəyi təqdirdə, mexanizmin fəaliyyəti dayandırılacaq.