Tramp yaxın günlərdə Putinlə telefonla danışacağını gözləyir

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Rusiya prezidenti
Vladimir Putinlə telefon danışığı keçirəcəyini və Rusiya və Ukrayna
ilə bağlı gələcək addımlar barədə qərar verəcəyini gözlədiyini
bildirib.

Trend-in
məlumatına görə, bunu Tramp Polşa prezidenti Karol Navroçki ilə
görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən
deyib.

“Mən onunla [Putinlə] tezliklə danışacam. Və ümumiyyətlə, nə
edəcəyimizi başa düşəcəm”, – deyə o qeyd edib.




O, əmin olduğunu bildirib ki, ABŞ bundan əvvəl Ukraynada
nizamlanma kontekstində “çox qətiyyətli tədbirlər görüb”.

“Yaxın bir neçə gün ərzində onunla [Putinlə] danışacam. Və nə
baş verdiyini dəqiq biləcəyəm”, – deyə ABŞ prezidenti əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir