Gümüşün qiyməti 42 dolları ötüb

Baş səhifə

Bakı. Trend:

“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2025-ci
ilin dekabrında tədarük üçün nəzərdə tutulan gümüş fyuçerslərinin
qiyməti 2011-ci il sentyabrın 9-dan bəri ilk dəfə bir troya
unsiyası üçün 42 dolları ötüb.

Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından məlumat
verilib.




Bakı vaxtı ilə saat 18:17-yə olan məlumata əsasən, qiymətli
metalın qiyməti 1 troya unsiyası üçün 42,01 dollar (+1,19%) təşkil
edib. Bakı vaxtı ilə saat 18:32-də gümüşün qiyməti öz artımını
sürətləndirdi və bir troya unsiyası üçün 42,115 dollar (+1,31%)
təşkil edib.

Eyni zamanda, 2025-ci ilin dekabrında çatdırılma üzrə qızıl
fyuçerslərinin qiyməti 0,85% artaraq 1 troy unsiyası üçün 3 627,1
dollar olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir