
Portuqaliyanın paytaxtı Lissabonda şəhərin simvollarından sayılan tarixi “Qloriya” funikulyorunun relsdən çıxması ağır faciəyə səbəb olub.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər həyatını itirib, 18 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılardan beşinin vəziyyətinin ağır olduğu bildirilir. Qəza yerinə dərhal xilasetmə və təcili yardım briqadaları cəlb edilib.
Hələlik qəzanın başvermə səbəbləri məlum deyil və hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Qloriya” funikulyoru paytaxtın mərkəzində yerləşən və turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.