Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət
Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər
zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə
edən sürücü saxlanılıb.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən
Trend-ə verilən
məlumata görə, Naxçıvan şəhəri ərazisində hərəkətdə olan “Saipa
Tiba” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi
üçün saxla işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən
Arzu Səfərovun narkotik vasitə qəbul etməsinə dair şübhələr
olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin
nəticəsinə əsasən A.Səfərovun narkotik vasitə istifadə etdiyi məlum
olub.




Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol
tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün
Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.