
Bakı. Trend:
Bu həftəsonu Ay tutulması nəticəsində göydə “Qanlı Ay”
görünəcək. Sentyabrın 7-də səmaya baxanlar bütöv Ayın qırmızıya
çalan dərin rəng aldığını görə biləcəklər. Bu, sentyabrın 7-də,
bazar günü baş verəcək.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Digər çoxsaylı səma hadisələrindən fərqli olaraq, Ay tutulmasını
izləmək nisbətən asandır: bu heç də xüsusi avadanlıq, bacarıq və ya
xüsusi məkan tələb etmir. Sadəcə düzgün vaxtda Aya baxmaq
kifayətdir.
Ay tutulması Yer kürəsi Günəşlə Ayın arasına keçdiyi zaman baş
verir, Günəşi örtür və Ayı qaranlıq göstərir. Yerdən Ay səthinə
çatan işıq atmosferdə səpələndiyi üçün Yerdən müşahidə edənlərə
qırmızı rəngdə görünür. Bu səbəbdən bu hadisəni “Qanlı Ay”
adlandırırlar.
Hadisə sentyabrın 7-də Bakı vaxtı ilə saat 19:28-də başlayacaq.
Tutulmanın əsas mərhələsi isə bir saat sonra, yəni 20:28-də baş
verəcək, bu zaman Ay Yerin kölgəsinin daha qaranlıq mərkəzinə daxil
olacaq.
Qeyd edək ki, növbəti dəfə Ay tutulmasını görmək imkanı 28
avqust 2026-cı ildə olacaq. Lakin o tutulma yalnız qismən olacaq,
bu həftəsonu baş verən isə tam tutulmadır.