
“İran Almaniya, Böyük Britaniya və Fransanın BMT sanksiyalarını bərpa etməsinin qarşısını almaq üçün əlindən gələni edir”.
Metbuat.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
Həmçinin xarici işlər naziri qeyd edib: “İran nə danışıqlardan, nə də müharibədən qorxur və lazım gələrsə, bütün ehtimallara hazırdır”.
Əraqçi danışıqların yekunlaşmadığı müddətcə Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) bir daha əməkdaşlıq etməyəcəyini açıqlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.