Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı

Baş səhifə

Sentyabrın 3-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir