
Bakı. Trend:
Gəncə şəhər 38 nömrəli tam orta məktəbin direktoru Ləman
Həsənova şəhərin N.Gəncəvi adına 11 nömrəli tam orta ümumtəhsil
məktəbinin direktoru vəzifəsinə təyin olunub.
Trend
xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil
İdarəsindən məlumat yayıb.
Bildirilib ki, Gəncə şəhər 35 nömrəli ümumi orta məktəbin
direktoru İlhamə Tağıyeva Gəncə şəhər 33 nömrəli tam orta məktəbin
direktoru vəzifəsinə təyinat alıb. Gəncə şəhər 32 nömrəli məktəbin
direktoru Tutu Hüseynova şəhərin İ.Qayıbov adına 1 nömrəli tam orta
ümumtəhsil məktəbinə, Göygöl rayonu Fəxrəddin İmamquliyev adına
Yalqışlaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Natiq
Əmirov Samux rayonu İnstitut qəsəbə tam orta ümumtəhsil məktəbinə,
Goranboy rayonu Hilal Abdullayev adına Nərimanlı kənd tam orta
ümumtəhsil məktəbinin direktoru Eşqin Axundlu Goranboy şəhər 4
nömrəli tam orta ümumtəhsil məktəbinə, Goranboy şəhəri 4 nömrəli
tam orta ümumtəhsil məktəbinin direktoru Əfsəl Dünyamalıyev rayonun
Hazırəhmədli kənd tam orta ümumtəhsil məktəbinə direktoru
vəzifəsinə, Göygöl rayonu Keşkü kənd tam orta ümumtəhsil məktəbinin
direktoru Eldəniz Səttarov vəzifəsindən rayonun Cavanşir Nazarov
adına Balçılı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin
direktoru vəzifəsinə təyinat alıblar.