“Fənərbaxça”dan “yırtıcı” transfer –

Baş səhifə

“Fənərbaxça” “Atalanta”nın ulduzu Ademola Lookman üçün təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçuya illik 6 milyon avro maaş təklif edib. Məlumata görə, “Fənərbaxça” futbolçu və onun klubu ilə hələlik razılıq əldə etməyib. İtaliya mətbuatında yer alan xəbərlərə görə, “Fənərbaxça” futbolçuya 4 illik müqavilə təklif edib.

Qeyd edək ki, bundan əvvəl bir sıra klublar Ademola Lookmanın xidmətində maraqlı olublar. “İnter” nigeriyalı oyunçu üçün 45 milyon avro təklif etsə də, “Atalanta” bu təklifi rədd edib. “Fənərbaxça”dan başqa, “Qalatasaray”ın da Lookmanla maraqlandığı bildirilir. Türkiyədə transfer pəncərəsi davam etdiyi üçün Super Liqa komandaları Avropada transfer pəncərəsi bağlansa belə, oyunçu transfer edə bilmək üstünlüyünə malikdir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.