
Bakı. Trend:
- Forumda fintex şirkətləri bir araya gələrək AniPay və
Hökumət Ödəniş Portalının imkanları, eləcə də QR və digər innovativ
rəqəmsal həlləri müzakirə ediblər. - Ödəniş təşkilatları və elektron pul təşkilatlarının
fəaliyyətlərinin
tənzimlənməsi üzrə dəyişikliklər və yeniliklər ətrafında
məruzələr dinlənildi.
- Fərdlər, fintexlər və KOB-lar üçün çıxış imkanlarını
genişləndirən sistem, AMB dəstəyi ilə təhlükəsizlik və uyğunluğu
təmin edir.
3 sentyabr 2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankı (AMB),
Azərbaycan Fintex Assosiasiyasının (AzFina) və PashaPay-in birgə
təşkilatçılığı ilə “Fintex Üfüqləri Forumu” keçirilib. Forum,
ölkənin fintex ekosistemində aparıcı şirkətləri bir araya
gətirərək, AniPay (Ani Ödənişlər Sistemi – AÖS) və Hökumət Ödəniş
Portalının, o cümlədən QR ödənişlərin imkanları, rəqəmsal
transformasiya istiqamətləri və maliyyə xidmətlərinin gələcəyi üzrə
müzakirə platforması təqdim edib.
Forumun əsas məqsədi rəqəmsal ödənişlərin tətbiqini
sürətləndirmək və maliyyə texnologiyalarında innovasiyanı
stimullaşdırmaq olub. 2024-cü ildə nağdsız əməliyyatların 66%
artması, AniPay-in ölkənin rəqəmsal iqtisadiyyatındakı önəmini daha
da aktuallaşdırıb.
Tədbir çərçivəsində iştirakçılar AÖS infrastrukturu üzərində
qurulmuş innovativ ödəniş məhsulları, yeni tənzimləmə tələblərinə
uyğun xidmət modelləri və 24/7 fəaliyyət göstərən sistemlərə
əsaslanan biznes həlləri üzərində işləyiblər. Məqsəd — mövcud
texnologiyanı daha effektiv istifadə etməklə, real bazar
ehtiyaclarına cavab verən praktik modellər hazırlamaq olub. Uğurlu
həllər təklif edən komandalara sertifikatlar təqdim olunub.