Kolleclərə elektron qeydiyyata bu tarixdən start verilir

Baş səhifə

Bakı. Trend:

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə
qəbul olunanlar üçün qeydiyyat prosesinə sentyabrın 9-u saat
11:00-da start veriləcək.

Trend
xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat
yayıb.




Bildirilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və
orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı”
xidmətini seçməklə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat
18:00-da yekunlaşacaq.