Azərbaycanda gips məmulatları istehsalı 25% artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 83,5 min ton gips
məmulatlar istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə
müqayisədə 16,8 min ton və ya 25,2% çoxdur.




Cari ilin avqustun 1-nə hazır məhsul ehtiyatı 2,9 min ton təşkil
edib.

Eyni zamanda 2025-ci ilin ilk 7 ayında Azərbaycanda gips
məmulatları istehsalının 80,7 min tonunu tikinti gipsi təşkil edib
ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 min ton və yaxud
61,4% çoxdur.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı
sahəsində 2025-сi ilin yanvar-iyul aylarında istehsalın ümumi
dəyəri 782,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 5,8 faiz azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir