
Bakı. Trend:
Pentaqon ABŞ-nin Kaliforniya ştatında yerləşən Kemp-Pendlton
hərbi bazasındakı torpaq sahəsini icarəyə verməyin mümkünlüyünü
nəzərdən keçirir. Söhbət ən müasir “Qızıl Qübbə” zenit-raket
komplekslərinin maliyyələşməsi üçün həmin ərazinin kommersiya
məqsədli istifadəyə verilməsindən gedir.
Trend xəbər verir
ki, bu barədə NBC telekanalı öz mənbələrinə istinadən məlumat
yayıb.
Məlumata görə, hazırda bazanın ümumi sahəsinin dördə birindən az
hissəsində infrastruktur və tikililər mövcuddur, bununla belə,
hərbi qulluqçular onun tikililərin olmadığı ərazilərindən, o
cümlədən, çimərliklər və səhralıq sahələrdən təlimlər məqsədilə
aktiv şəkildə istifadə edir.
“Çox güman ki, icarəyə bazanın ətrafındakı müxtəlif sahələr
veriləcək, bütövlükdə böyük bir ərazi yox. Pentaqon isə dəniz
piyada qoşunlarının nadir hallarda istifadə etdiyi ərazilərə
diqqətini cəmləyib”, – məlumatda qeyd olunur.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp “Qızıl qübbə” sisteminin
işə salınma müddətlərini açıqlamışdı. O, bu sistemin artıq üç il
ərzində istismara veriləcəyini vəd edib.

