
Talibanın Pakistandakı qolu iki sərhədçini qətlə yetirib.
APA AFP-yə istinadən xəbər verir ki, Əfqanıstan sərhədində baş verən qarşıdurmada iki pakistanlı sərhədçi həyatını itirib, 5-i isə yaralanıb.
Qeyd edək ki, Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyətə gəldikdən sonra, təşkilatın Pakistandakı qolu aktivləşməyə başlayıb.