
Bakı. Trend:
Son altı ay ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin
Toksikologiya şöbəsinə 644 nəfər qəbul edilib.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd
Trend-in sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi
yardım göstərilib.
“Həkimlərin səylərinə baxmayaraq onlardan 23 nəfərin həyatını
xilas etmək mümkün olmayıb”, – deyə əlavə edib.

