
Bakı. Trend:
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu
İsfəndiyar”) barəsində xüsusi ittiham qaydasında verilən şikayət
üzrə məhkəmə prosesi davam etdirilib.
Trend xəbər
verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə
ekspertizanın yekunlaşdığı və nəticənin məhkəməyə daxil olduğu
bildirilib.
Şərurlu İsfəndiyarın vəkilləri prosesdə iştirak etmədiyi üçün
proses təxirə salınıb.
Növbəti proses 18 sentyabra təyin edilib.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin
147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham
qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress
2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə,
İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi
təqdim edib.