“Google” axtarış sistemində pozuntular yaranıb

Baş səhifə

Bakı. Trend:

Dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı istifadəçilər
“Google” axtarış mühərrikində pozuntuların meydana gəldiyini
bildirir.

Trend xəbər verir
ki, bunu populyar proqram və tətbiqlərin fəaliyyətinin
monitorinqini həyata keçirən “Downdetector” saytının məlumatları
əks etdirir.




Ən çox şikayətlər Avropa ölkələrindən – o cümlədən, Almaniya,
Niderland, Fransa, İtaliya, eləcə də, ABŞ və Hindistandan daxil
olur.

Şikayətçilərin əksəriyyəti açar sözləri axtarışa verən zaman “Google”ın bu xidmətindən lazımınca yararlana bilmədiklərindən
gileylənir. Ən çox şikayətlər Bakı vaxtı ilə 11:45-də daxil
olub.