Qırğızıstan Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş razılaşmaları dəstəkləyir

Baş səhifə

Bişkek. Trend:

Qırğızıstan Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə
olunmuş sülh razılaşmalarını dəstəkləyir.

Trend xəbər verir
ki, bunu Qırğızıstan parlamentinin sədri Nurlanbek Turqunbek ulu
Qırğızıstanda rəsmi səfərdə olan Ermənistan Parlamentinin sədri
Alen Simonyanla görüşü zamanı deyib.

“Bu tarixi hadisə təkcə iki ölkə arasında dostluğu
möhkəmləndirməyəcək, eyni zamanda, Cənubi Qafqazda və bütövlükdə
regionda sabitliyə və inkişafa vəsilə olacaq”, – deyə Turqunbek ulu
bildirib.

Görüşdə parlament rəhbərləri iki ölkə arasında siyasi-iqtisadi
və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi, həmçinin,
parlamentlərarası əməkdaşlığın inkişafı məsələlərini müzakirə
ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir