Azərbaycan və BƏƏ arasında energetika və qarşılıqlı investisiyalar istiqamətində dəyərləndirmələr aparılıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji
sahəsində tərəfdaşlıq və qarşılıqlı investisiyalar barədə
müzakirələr aparılıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.

“Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar
naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında
görüşdük.




Ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətlərini
vurğuladıq.

Həyata keçirilən birgə layihələr, enerji sahəsində tərəfdaşlıq,
qarşılıqlı investisiyalar və əməkdaşlığın inkişaf perspektivləri
haqqında müzakirələr apardıq”, – deyə paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir