Sabah Bakıda 33 dərəcə isti olacaq

Baş səhifə

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.

Bildirilib ki, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış
yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz
şimal-şərq küləyi ilə əvəz olunacaq.




Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%,
gündüz 40-45% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək
çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan
xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə
duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə
12-17, gündüz 18-23 dərəcə isti olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir