Naxçıvanda Elm və Təhsil Nazirliyinin 37 adda elektron məlumat bazasından 30-na qoşulma prosesi tamamlanıb

Baş səhifə

Bakı. Trend:

Naxçıvanda inteqrasiya çərçivəsində Elm və Təhsil Nazirliyinin
37 adda elektron məlumat bazasından 30-na qoşulma prosesi
tamamlanıb.

Bu barədə Trend-ə Naxçıvan MR Nazirlər Kabinetindən
məlumat verilib.




Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında təhsil
müəssisələrinin və təhsilin idarəetmə orqanlarının Elm və Təhsil
Nazirliyinin mövcud məlumat bazalarına və elektron xidmətlərinə
inteqrasiyanın təmin edilməsi 2024-2025-ci tədris ilində də davam
etdirilib.

“İnteqrasiya çərçivəsində Elm və Təhsil Nazirliyinin 37 adda
elektron məlumat bazasından 30-na qoşulma prosesi tamamlanıb,
növbəti tədris ilindən digər elektron məlumat bazalarına qoşulma
prosesinin də yekunlaşdırılması nəzərdə tutulub”, – deyə məlumatda
qeyd edilib.