
Bakı. Trend:
2025-ci ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik
Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 23 aptekdə yoxlama həyata
keçirilib.
Trend
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza
Mərkəzi məlumat yayıb.
Bildiilib ki, bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə
respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə
aparılıb.
Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan
kənar təftiş xarakteri daşımışdır.
Aparılmış yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar
aşkarlanmış, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati
protokollar tərtib edilmişdir.