
Bakı. Trend:
“Tesla” kompaniyası “Robotaxi” sifarişi üçün istifadə olunacaq
tətbiqi geniş istifadəçilərə təqdim edib.
Trend xəbər
verir ki, ABŞ-nin elektrik avtomobilləri istehsalçısı bu barədə
özünün sosial media hesabında məlumat yayıb.
Kompaniya “Robotaxi” xidmətini iyunun sonunda Texas ştatının
Ostin şəhərində işə salıb. Xidmət həmin dövrdən bəri yalnız məhdud
sayda investorlar və inflüenserlər üçün əlçatan olub. Hazırda
“Robotaxi” proqramı kameralar və sensorlarla təchiz edilən adi
“Model Y” avtomobillərindən istifadə edir. Tamamilə avtonom
“Cybercab” adlı elektrik avtomobili isə hələ hazırlanma
mərhələsindədir.
“Tesla” kompaniyasından verilən məlumata görə, “Robotaxi”
xidmətindən yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edə
biləcəklər. Həmçinin avtomobillərə 13 yaşdan kiçik uşaqların, hətta
böyüklərin müşayiəti ilə olsa belə minməsinə icazə
verilməyəcək.