
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi avqust ayında ümumilikdə 23 aptekdə yoxlama keçirib.
Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.
Aparılan yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.