150-dən çox isveçrəli şagird Azərbaycanı tanıdan layihədə (FOTO)

Baş səhifə

Bakı. Trend:

UNESCO Günləri çərçivəsində İsveçrənin Zürix şəhərində
“İnteqrasiya və İsveçrə” adlı layihə həyata keçirilib.
Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım
Nəsirovun müəllifi və layihə rəhbəri olduğu layihə Zürixdəki
gimnaziyaların birində 160 isveçrəli şagirdin iştirakı ilə baş
tutub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətini tanıtmaq,
multikultural dəyərləri təbliğ etmək və gənclər arasında qarşılıqlı
inteqrasiyanı təşviq etmək olub. Layihə çərçivəsində şagirdlər
Azərbaycanın zəngin tarixi, mədəni irsi və milli dəyərləri ilə
bağlı geniş məlumat əldə ediblər.




Tədbirin ən yadda qalan hissələrindən biri isə İsveçrənin
Cenevrə şəhərində yaşayan həmyerlimiz, rəqs müəllimi Mariya
Xan-Xoyskayanın rəhbərliyi ilə təqdim olunan Azərbaycan milli
rəqsləri olub. Rəqslər böyük maraqla qarşılanıb və bir çox şagird
qısa müddət ərzində milli rəqslərimizi öyrənərək səhnədə nümayiş
etdirib.

Sonda iştirakçılar layihə ilə bağlı təəssüratlarını bölüşüb,
Azərbaycan mədəniyyətinin rəngarəngliyindən və rəqslərin
ruhlandırıcı təsirindən danışıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir