
Bakı. Trend:
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli
bilinən əvvəllər məhkum olunmuş Şahin Rüstəmli saxlanılıb.
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən
məlumata görə, ondan ümumi çəkisi 2 kiloqram 500 qram heroin və
marixuana aşkarlanıb.
Ş.Rüstəmli narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu
şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi
ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
həbs qətimkan tədbiri seçilib.

