AMB maliyyə bazarında rəqəmsallaşmanı daha da artırmağa çalışır – Sədr müavini

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı maliyyə bazarında rəqəmsallaşmanın
müəyyən səviyyəsinə nail olub, lakin bunu daha da artırmaq
lazımdır.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal
Xəlilov ICPC Dünya Finalı 2025-ə həsr olunmuş mətbuat konfransında
bildirib.

O vurğulayıb ki, Mərkəzi Bankın əsas məqsədi maliyyə bazarının
inkişafına kömək etməkdir:




“Əgər son illəri nəzərdən keçirsək, inkişafın əsas hərəkətverici
qüvvəsinin rəqəmsallaşma olduğunu söyləyə bilərik. Beləliklə, hər
yeni layihə, hər yeni məhsul və xidmət, əsasən, rəqəmsal kanallar
vasitəsilə çatdırılır. Hazırda bizim rəqəmsal sahədə istedadlı
şəxslərə böyük ehtiyacımız var. Biz artıq maliyyə bazarında
rəqəmsallaşmanın müəyyən səviyyəsinə nail olmuşuq, lakin bunu
artırmaq lazımdır”.

“Mərkəzi Bankın bu müsabiqəni dəstəkləməsinin əsas səbəblərdən
biri öz işində çox peşəkar olan daha çox istedadın inkişafına kömək
etməkdir:

“Bir çox aparıcı texnologiya təşkilatların təsisçiləri və əsas
hərəkətverici qüvvələri arasında çox sayda ICPC məzunları var.
İnanırıq ki, bu müsabiqə maliyyə bazarının, ölkənin
rəqəmsallaşmasının inkişafına kömək edəcək”, – deyə sədr müavini
qeyd edib.