Azərbaycan Könüllüləri “Hüquq və Dövlət” Könüllülər düşərgəsində bir araya gəliblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

31 avqust – 3 sentyabr tarixlərində Quba Olimpiya İdman
Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi
və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə
“Go Camp Volunteers” proqramı çərçivəsində “Konstitusiya və
Suverenlik İli”nə həsr olunmuş “Hüquq və Dövlət” Könüllülər
Düşərgəsi uğurla həyata keçirilib.

Düşərgədən əvvəl Quba rayonuna çatan Azərbaycan Könüllüləri Ulu
Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Dörd gün davam edən düşərgə çərçivəsində könüllü gənclər üçün
müxtəlif mövzular üzrə təlim və panel görüşlər təşkil olunub.
Düşərgə iştirakçıları “Hüquq sistemində gənclərin rolu”, “Kütlə
qarşısında çıxış və təqdimat bacarıqları” və “İnandırma və
manipulyasiya texnikaları” mövzularında interaktiv çıxışlar və
müzakirələrdə fəal iştirak ediblər. Bu sessiyalar gənclərin həm
hüquqi biliklərini genişləndirmək, həm də şəxsi inkişaf
bacarıqlarını gücləndirmək baxımından əhəmiyyətli rol oynayıb.




Bununla yanaşı, düşərgənin proqramında asudə vaxtın səmərəli
təşkili də diqqət mərkəzində olub. İştirakçılar üçün müxtəlif
komanda oyunları, “Suveren” intellektual yarışı, film saatı, eləcə
də gənclərin hüquq sistemini yaxından tanıması məqsədilə “Məhkəmə
simulyasiyası: Cinayət işi” adlı simulyativ oyunu keçirilib.

Düşərgənin son günü isə yaradıcılıq və birlik ab-havası ilə
yadda qalıb. İştirakçılar “İstedadSən” yaradıcılıq yarışmasında öz
bacarıqlarını nümayiş etdirib, daha sonra isə tonqal ətrafında bir
araya gələrək düşərgənin son anlarını paylaşma fürsəti əldə
ediblər.

“Hüquq və Dövlət” Könüllülər Düşərgəsi Azərbaycan Könüllüləri
üçün hüquq və dövlətçilik mövzularında biliklərini artırmaq,
ictimai çıxış və komanda işi bacarıqlarını inkişaf etdirmək,
yaradıcı potensiallarını üzə çıxarmaq və könüllülük dəyərlərinə
bağlılıqlarını gücləndirmək baxımından mühüm bir göstərici
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir