“Rebuild Karabakh 2025” sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən sahibkarlar üçün ödənişsiz stend təklif edilir

Baş səhifə

Bakı. Trend:

14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 5-ci Yubiley
Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı
Sərgisi (“Rebuild Karabakh 2025”) keçiriləcək.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və
xidmətlərinin tanıdılmasına, satış imkanlarının genişləndirilməsinə
və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu il də
sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xüsusi
stendlə təmsil olunacaq.




Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində
sərgiləmək istəyən və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun
gələn KOB subyektləri 1 oktyabr 2025-ci il tarixinədək müvafiq
formanı dolduraraq Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1
(Qeyd: “İştirak etmək istədiyiniz tədbir” bölümündə “Rebuild
Karabakh 2025” qeyd olunmalıdır).

Qeyd edək ki, “Rebuild Karabakh” sərgisi bu il öz yubileyini
qeyd edəcək. Builki sərgi informasiya texnologiyaları,
investisiyalar, ekologiya, alternativ enerji, inşaat, kənd
təsərrüfatı, qida sənayesi, kimya, mədən sənayesi, nəqliyyat, yol
tikintisi və infastrukturu kimi bölmələrdən ibarət olacaqdır.