Azərbaycan cüdoçusu Ermənistan təmsilçisinə ipponla qalib gəlib – Avropa çempionatı

Baş səhifə

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər
arasında Avropa çempionatına start verilib.

Trend xəbər
verir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri də mübarizəyə
qoşulublar.




60 kiloqram çəkidə çıxış edən Nihad Məmişov 1/8 finalda
Ermənistandan olan rəqibi Qor Safaryana ipponla qalib gələrək
növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, sentyabrın 7-dək təşkil ediləcək qitə
birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə
aparır.