
Bakı. Trend:
Qazaxıstan hökuməti ölkənin baş nazir müavini – xarici işlər
naziri Murat Nurtleunun saxlanılması ilə bağlı yayılan şayiələrin
həqiqətə uyğun olmadığını bəyan edib.
Trend-in xəbərinə
görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel
açıqlama verib.
“Qazaxıstan Respublikasının xarici işlər nazirinin saxlanılması
ilə bağlı xəbər feykdir. Dezinformasiya tullantılarına etibar
etməməyiniz rica olunur”, – deyə diplomat bildirib.
Bundan əvvəl Qazaxıstan KİV-də ölkənin XİN rəhbəri Murat
Nurtleu, biznesmen Hacı Hacıyev və xüsusi xidmət orqanlarının bir
neçə yüksək vəzifəli əməkdaşlarının saxlanılması ilə bağlı xəbər
yayılmışdı. Sonradan mədəniyyət və informasiya naziri Aida Balayeva
və Qazaxıstan prezidenti yanında Mərkəzi Kommunikasiyalar
Xidmətinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi rəsmən bu
məlumatları təkzib etmişdi.