ICPC Dünya Finalı sayəsində universitetlər arasında əməkdaşlıq memorandumları imzalana bilər – Fariz İsmayılzadə

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin
(ICPC) 49-cu dünya finalı sayəsində universitetlər arasında
əməkdaşlıq memorandumları imzalana bilər.

Trend xəbər
verir ki, bunu millət vəkili, ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə ICPC Dünya Finalı 2025-ə həsr olunmuş mətbuat
konfransında bildirib.

O deyib ki, Beynəlxalq Universitetlərarası Proqramlaşdırma
Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı çərçivəsində universitetlər
arasında əməkdaşlıq memorandumları imzalana, tələbə mübadiləsi
həyata keçirilə bilər.




“Bu müsabiqə sayəsində müəllimlər arasında mübadilə, birgə elmi
araşdırmalar ola bilər. Eyni zamanda, birgə konfransların
keçirilməsi də mümkündür. Yəni bu platforma universitetlər arasında
əməkdaşlığa imkanlar açır.

Universitetlərin banklarla, texnoloji şirkətlərlə birgə
layihələrin müzakirəsi, birgə laboratoriyaların yaradılması, elmi
araşdırmalarının aparılması üçün də imkanlar açılır. Hesab edirəm
ki, bu son 4-5 gün ərzində aparılan danışıqlar məhsuldar nəticələr
verəcək, memorandumlar və birgə layihələr gələcəkdə həyata
keçiriləcək”, – deyə F.İsmayılzadə qeyd edib.