
Bakı. Trend:
İzmirdə Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində energetika
naziri Pərviz Şahbazovla Türkiyə Külək Enerjisi Birliyi (TÜREB)
İdarə Heyətinin sədri İbrahim Erden və “Nordex Qrupu”nun İdarə
Heyətinin üzvü İbrahim Özarslan arasında görüşlər keçirilib.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşlərdə
şirkətlərin külək enerjisi sahəsində fəaliyyəti, o cümlədən külək
turbinləri və komponentlərin istehsalı, texniki xidmət və kadrların
hazırlanması sahələrində təcrübəsi barədə fikir mübadiləsi
aparılıb.
Azərbaycanın quruda və dənizdə külək enerjisi istehsalı və
ixracı layihələri barədə məlumat verilib. Külək turbinlərinin və
avadanlıqlarının yerli istehsalı perspektivləri və bu xüsusda
əməkdaşlıq imkanları müzakirə edilib. Külək turbinləri və
avadanlıqlarının yerli istehsalı perspektivləri, habelə bu
istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilib. Şirkətlər mövcud
vəziyyəti və tərəfdaşlıq potensialını yerində dəyərləndirmək
məqsədilə Azərbaycana dəvət olunub.

