Mərkəzi Bank və Çin Xalq Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı və Çin Xalq Bankı arasında əməkdaşlığa
dair Anlaşma Memorandumu imzalanıb

Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankının saytına istinadən xəbər verir.




Memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının
formalaşdırılması, əlaqələrin gücləndirilməsi, həmçinin, qabaqcıl
təcrübə istiqamətində məlumat mübadiləsinin aparılmasına töhfə
verəcək.

Bununla yanaşı, qurumlar monetar siyasət, maliyyə sektoru,
ödəniş sistemləri, maliyyə texnologiyaları üzrə məsələləri müzakirə
etmək üçün görüş, seminar və işgüzar səfərlərin keçirilməsi
sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir