Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azercell rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və əhalinin
maarifləndirilməsi sahəsində təşəbbüslərini davam etdirir.
Kibercinayətkarların hədəfində daha çox yaşlı nəslin
nümayəndələrinin olduğunu nəzərə alan şirkət bu dəfə Bərdə
şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində yaşlılar üçün
xüsusi təlim təşkil edib.

Azercell-in İnformasiya Təhlükəsizliyi departamentinin
mütəxəssisləri tərəfindən keçirilən təlimdə iştirakçılara
kiberdələduzluq, fişinq hücumları və digər kiberrisklər barədə
ətraflı məlumat təqdim olunub. Təlimdə kiberdələduzların istifadə
etdiyi üsullar, aktual kiberhücum trendləri və onlardan qorunma
yolları izah edilib. Tədbir interaktiv sual-cavab sessiyası və real
nümunələr üzərində müzakirələrlə davam edib.




Xatırladaq ki, Azercell müxtəlif yaş qrupları üçün rəqəmsal
təhlükəsizlik biliklərinin artırılması istiqamətində silsilə
layihələr həyata keçirir. Şirkət daha öncə sosial xidmət
müəssisələrinin sakinləri üçün xüsusi maarifləndirici tədbir təşkil
edib, cari ilin ilk yarısında isə “Məktəblilər üçün
Kibermaarifləndirmə Proqramı” çərçivəsində 7 regionda 350-ə yaxın
məktəblini kibertəhlükəsizlik sahəsində məlumatlandırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir