Ukraynaya beynəlxalq qoşunların yeridilməsi ilə bağlı Rusiyanın fikirləri bizi maraqlandırmamalıdır – NATO rəhbəri

Baş səhifə

Bakı. Trend:

Ukraynaya beynəlxalq qoşunların yeridilməsi ilə bağlı Rusiyanın
fikirləri bizi maraqlandırmamalıdır.

Trend xəbər verir
ki, belə bir sərt bəyanatla NATO baş katibi Mark Rutte çıxış
edib.




“Bizi Ukraynaya xarici qoşunların yeridilməsi ilə bağlı
Rusiyanın fikirləri niyə maraqlandırmalıdır axı? Bu, suveren
dövlətdir. Rusiyanın buna heç bir aidiyyəti yoxdur”, – deyə Şimali
Atlantik Alyansın rəhbəri deyib.

Ruttenin fikrincə, əgər Ukrayna ölkə ərazisində “təhlükəsizliyi
təmin edəcək qüvvələrin” yerləşdirilməsini istəyirsə, bu, yalnız
onun öz işidir və bu məsələdə başqa heç kim qərar qəbul edə
bilməz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir