Azərbaycan müdafiə naziri Vyetnamın baş naziri və hərbi rəhbərliyi ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olan Azərbaycan
Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
həmin ölkənin baş naziri Pham Minh Chinh ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan
Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında müdafiə
sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov,
həmçinin, vyetnamlı həmkarı general Phan Van Giang ilə görüşüb.

Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində
müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin
müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycan Respublikasının müdafiə naziri “Xatirə dəftəri”nə
ürək sözlərini yazıb.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında hərbi əməkdaşlığın cari
vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin
qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanaraq bir sıra məsələlərə
dair geniş fikir mübadiləsi aparılıb.

Sonda hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi təlim
sahəsində əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıb.