
Bakı. Trend:
“Uzbekneftqaz” səhmdar cəmiyyəti və Azərbaycan Dövlət Neft
Şirkətinin (SOCAR) rəhbərləri danışıqlar keçirərək, Məhsul Pay
Bölgüsü haqda Sazişin icrasının gedişatını, Üstyurt bölgəsindəki
bloklarda geokəşfiyyat işlərinin başlanılması və əməliyyatçı
şirkətin yaradılması ilə bağlı məsələləri müzakirə ediblər.
Trend bu barədə
“Uzbekneftqz” SC-yə istinadən xəbər verir.
Tərəflər layihənin texniki aspektlərini nəzərdən keçirib və
təşkilati prosedurların sürətləndirilməsi barədə razılığa gəliblər.
Danışıqların nəticəsi olaraq, sentyabr ayında əməliyyatçı şirkətin
qeydiyyat prosesinin başa çatdırılması, seysmik kəşfiyyat işlərinin
yeni müddətlərinin müəyyənləşdirilməsi və layihənin ekoloji
qiymətləndirilməsi prosedurlarına başlanılması barədə razılaşma
əldə olunub.
Görüş iştirakçıları əməkdaşlığın möhkəmləndirilməsinin
əhəmiyyətini vurğulayıb və birgə fəaliyyətin davam etdirilməsinə
hazır olduqlarını təsdiqləyiblər.
Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistan Energetika
Nazirliyi, SOCAR və “Uzbekneftgaz” SC Üstyurt neft-qaz regionunun
investisiya bloklarında geoloji kəşfiyyatın aparılmasını və sonrakı
mərhələdə karbohidrogenlərin hasilatını nəzərdə tutan Məhsul Pay
Bölgüsü haqda Sazişi imzalayıblar.

