“iPhone17” rekord qiymətə satılacaq

Baş səhifə

Bakı. Trend:

“Apple” korporasiyası öz smartfonlarının qiymətlərini yenidən
qaldıracaq.

Trend xəbər verir
ki, bu barədə “TrendForce”un hesabatında deyilir.




Tədqiqat şirkətinin analitikləri insayder informasiyası və
proqnozlar əsasında “iPhone 17” modelinin qiymətlərini öncədən
deyib. Onların fikrincə, yalnız standart versiya bahalaşmayacaq –
mobil cihaz 799 dollar qiymətinə satılacaq.

“iPhone 16 Plus” buraxılışını əvəzləyəcək yeni “iPhone 17 Air”
modeli isə azı 1099 dollara satışa qoyulacaq. “iPhone 17 Pro” və
“17 Pro Max” qiymətləri isə aktual seriyalarla müqayisədə 100
dollar bahalaşaraq 1199 və 1299 dollara satılacaq. Beləcə “Apple”
smartfonları brendin tarixi ərzində ən bahalı mobil cihazlara
çevriləcəklər.