
Bakı. Trend:
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin
əməkdaşları Şamaxı rayonu, Bakı-Qazax yolunun 144-cü
kilometrliyində yerləşən, fiziki şəxs Sabirov Qabil Əlisahab oğluna
məxsus “Sərin Meşə” restoranında yoxlama keçirib.
Trend
xəbər verir ki, bu barədə AQTA məluymat yayıb.
Bildirilib ki, baxış zamanı restoranın mətbəx sahəsində
sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən edilib.
Belə ki, işçi heyətin tibbi müayinədən keçmədiyi, işçi masaların
gigiyenik səthlə təmin olunmadığı, döşəmə və divar səthinin asan
təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq
təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək restoranın
fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir
görülüb.