
Bakı. Trend:
NATO mənzil-qərargahında Azərbaycan Respublikasının NATO yanında
Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ilə NATO-nun Hərbi
Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone arasında görüş
keçirilib.
Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, görüşdə “Sülh naminə
tərəfdaşlıq” (SNT) proqramı çərçivəsində Azərbaycan-NATO
tərəfdaşlığı və gələcək perspektivləri müzakirə edilib.
Qarşı tərəf Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu
bir daha vurğulayıb, ölkəmizin Alyansın rəhbərlik etdiyi sülhə
dəstək əməliyyatlarına töhfəsini, eləcə də, Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək
qiymətləndirib.

