“Telegram” hücumları Xidmət tərəfindən araşdırılır

Baş səhifə

Bakı. Trend:

“Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni
kiberhücum dalğası ilə bağlı Azərbaycan Respublikasının Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici
Analizi Laboratoriyası (MRLab) tərəfindən araşdırma başladılıb.

Trend
xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti məlumat yayıb.




Bildirilib ki, hazırda kibercinayətkarların müəyyənləşdirilməsi,
həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi
istiqamətində MRLab tərəfindən tədqiqat işləri davam etdirilir.

İlkin araşdırma nəticələri ilə bağlı XRİTDX-nin Kompüter
İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış ola
bilərsiniz.
Link:
https://cert.gov.az/az/articles/telegram-istifadecilerine-qarsi-heyata-kecirilen-kiberhucumun-ilkin-tedqiqati

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir